«APA-Economics»in məlumatına görə, bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bildirib.
Onun sözlərinə görə, son iki il ərzində ölkədə neft hasilatı azalıb. Belə ki, 2012-ci ildə neft hasilatı 2011-ci ilə nisbətən 5,3% azalaraq 43 mln. ton təşkil edib. «Ölkədə neft hasilatının azalması Azərbaycanın neft ehtiyatlarının azalması ilə əlaqədar deyil. Bildiyimiz kimi, Meksika körfəzində baş vermiş qəza nəticəsində külli miqdarda neft körfəz sularına axıdılıb. Bu hadisədən sonra «BP-Azerbaijan» şirkətinə neft hasil edərkən bir qədər ehtiyatlı olmaları barədə tapşırığı verilib. Hasilatın azalması məhz bununla əlaqədardır», - deyə A.Vəliyev vurğulayıb.