Bank Of Baku

Mingəçevirdə bir neçə yaşayış massivinə qaz verilib

Mingəçevirdə bir neçə yaşayış massivinə qaz verilib
# 22 dekabr 2012 14:07 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində yaşayan məcburi köçkünlərə və yerli sakinlərə təbii qaz verilib. APA-nın məlumatına görə, dekabrın 22-də şəhərin Energetiklər qəsəbəsində məskunlaşan 412 məcburi köçkün ailəsi və Şəfəq, Gülşən, Şəfa, Gülüstan bağ massivlərində yeni inşa edilən 677 fərdi yaşayış evi «mavi yanacaq»la təmin olunub. Bununla da Mingəçevir şəhərinin 94,4% qazlaşdırılıb.

 

Abonentlərə təbii qazın verilməsi münasibətilə təşkil olunan mərasimdə iştirak edən ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinin baş direktorunun müavini Qamət Məmmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bu əlamətdar hadisə münasibətilə sakinləri təbrik ediblər.

 

Sonra «mavi yanacağ»ın verilişini bildirən rəmzi məşəl alovlandırılıb, evlərdə təbii qazın təzyiqi yoxlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR