Bakı. Aynur Əliyeva – APA-Economics. Avqustun 10-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 2,57 dollar artaraq 1 barelə görə 105,97 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, avqustun 10-da ICE London qitələrarası birjasında sentyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,54 dollar artaraq 108,22 dollar olub.