Bakı – APA-Economics. ARDNŞ-in “Azəriqaz” İB tərəfindən 2012-ci ildə fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması məqsədilə 3728 texniki şərt verilib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, birliyin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyekt və qurğularının, yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin, eləcə də digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 1156 texniki şərt, texniki tapşırıq və layihə tapşırığı hazırlanıb.
Fiziki və hüquqi şəxslərin müraciəti əsasında 2734 qeyri-yaşayış sahəsinin (obyektlərin) layihə-smeta sənədi razılaşdırılıb. Bundan başqa, Birliyin sifarişi ilə 1960 layihə-smeta sənədi razılaşdırılıb.
Ötən il birliyin Layihə-Konstruktor Bürosu tərəfindən 10 129 layihə-smeta sənədi hazırlanaraq, Birliyə və digər sifarişçilərə təhvil verilib ki, bunun da 5684-ü fərdi yaşayış evləri üzrədir. Kənd və qəsəbələrin qazlaşdırılması üzrə 934, obyektlərin təmiri üzrə 856, sənaye, kommunal, məişət obyektləri və qeyri-yaşayış sahələri üzrə 2629 layihə-smeta sənədi hazırlanıb.