Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakı şəhərinin Binəqədi və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 18:00-dək «Alatava» Qazpaylayıcı Stansiyasından qidalanan «Tbilisi prospekti» orta təzyiqli qaz kəmərində, «Binə» Qazpaylayıcı Stansiyasından Binə qəsəbəsinə gedən qaz kəmərində və «Buzovna» qazpaylayıcı məntəqəsindən Buzovna qəsəbəsinə gedən qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri aparılan müddətdə Xəzər rayonunun Binə və Buzovna qəsəbələrinə, həmçinin Binəqədi rayonunun Rəsulzadə qəsəbəsinə, Xutor adlanan yaşayış sahəsinə, eləcə də 6, 7, 8 və 9-cu mikrorayonlara təbii qazın verilişində fasilələr yaranacaq.