Bank Of Baku

Prezident İlham Əliyev: "Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaq"

Prezident İlham Əliyev: "Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaq"
# 16 yanvar 2013 04:45 (UTC +04:00)

Bakı-APA. “Azərbaycan dünya miqyasında qlobal enerji bazarında ciddi rola malik olan bir ölkə kimi artıq özünü təsdiqləyib“. APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 15-də Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

 

Dövlət başçısı qeyd edib ki, bəzi Avropa ölkələrinin enerji balanslarında Azərbaycanın enerji daşıyıcıları 30-35 faiz təşkil edir. “Yəni,  Azərbaycan bu baxımdan bir neçə Avropa ölkəsinin enerji təhlükəsizliyində bilavasitə iştirak edir. Əgər bizim zəngin qaz resurslarımızı da buna əlavə etsək və irəli sürülmüş layihələri uğurla, vaxtında icra etsək, Azərbaycan onilliklər bundan sonra Avropanın, bölgənin, dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində əvəzolunmaz rol oynayacaq. Əlbəttə bu, Azərbaycanın həm iqtisadi, həm siyasi çəkisini artıracaq. Mən buna çalışıram. Hesab edirəm ki, biz buna nail ola bilmişik ki, bu gün Azərbaycan istənilən sahədə doğrudan da, çox ciddi beynəlxalq oyunçuya çevrilib”, deyə dövlət başçısı vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR