Bank Of Baku

Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən partlayış səbəbindən Göyçay və Ağdaş rayonlarına qaz verilişi dayanıb

Qazıməmməd-Qazax magistral qaz kəmərində baş verən partlayış səbəbindən Göyçay və Ağdaş rayonlarına qaz verilişi dayanıb
# 11 yanvar 2013 07:24 (UTC +04:00)

Göyçay. Elvin Yaqubov - APA. Qazıməmməd-Qazax magistral qaz kəmərinin Göyçay rayonu ərazisindən keçən hissəsində baş verən partlayış səbəbindən iki rayona “mavi yanacağın” verilişi dayandırılıb.

 

APA-nın məlumata görə, bu gün səhər saat 07:20 radələrində diametri 1020 mm olan Qazıməmməd-Qazax magistral kəmərinin Göyçay rayonunun Qarabaqqal kəndinin dağlıq ərazisindən keçən 128-ci km-lik hissəsində qaz sızması səbəbindən güclü partlayış baş verdikdən dərhal sonra boru kəməri ilə təbii qazın ötürülməsi prosesi dayandırılıb.

 

Hazırda həmin magistral qaz kəmərindən qidalanan Ağdaşın “Şəmsabad” qazpaylayıcı stansiyasına, Göyçayın 1 saylı qazpaylayıcı stansiyasına “mavi yanacağın” verilişi dayanıb. Bu səbəbdən Göyçay şəhərinin 25%-i və 6 kəndi, eləcə də Ağdaş şəhərinin 40%-i və 18 kəndi təbii qazsız qalıb. Dağlıq ərazidən keçən qaz kəmərində baş verən partlayışdan sonra qeydə alınan yanğının söndürülməsi qeyri-mümkün olub. Borudakı qazın yanaraq sönməsi gözlənilir. İki saatdan çoxdur ki, yanğın davam edir. Kəmərdə təmir-bərpa işlərinə başlanması üçün hazırlıq işləri görülür.

 

Bundan əlavə, dünən axşamdan Göyçayın bir çox yaşayış məntəqələrinə elektrik enerjisinin verilişinin dayandırılması səbəbindən qarlı havada əhali üçün müəyyən çətinliklər yaranıb. Məlumata görə, son bir ay ərzində Göyçay şəhərində və kəndlərdə əhaliyə elektrik enerjisi fasilələrlə verilir. Hər gün rayonda müxtəlif saatlarında elektrik enerjisi qeyri-müəyyən vaxtadək kəsilir. Göyçay Paylayıcı Elektrik Şəbəkəsindən bunun səbəbi barədə heç bir məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR