Bakı. Anaxanım Hidayətova - APA-Economics. Rusiya Ermənistana satdığı qazın yekun qiymətini müəyyənləşdirib.
“APA-Economics”in Ermənistan mətbuatına istinadən xəbərinə görə, aprelin 1-dən Rusiyanın “Qazprom” şirkəti qazın 1000 kubmetrini indiki qiymətlə (180 dollar) deyil, 240 dollara satacaq.
Bildirilir ki, tərəflər arasında artıq müvafiq saziş imzalanıb və Ermənistandakı prezident seçkilərindən sonra dərc olunacaq.