Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən il ərzində Rusiya neft hasilatını (kondensat daxil olmaqla) əvvəlki ilə nisbətən 1,3% artıraraq 518,017 mln. tona çatdırıb.
«APA-Economics»in «RİA-Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, hesabat ilində xam neftin emala göndərilməsi 2011-ci ilə nisbətən 3,5% artaraq 266,159 mln. ton təşkil edib.
Ötən il ərzində «Rosneft» 117,473 mln. ton (əvvəlki ilə nisbətən 2,5% çox), «LUKOIL» - 84,62 mln. ton (-0,8%), «TNK-BP» - 72,911 mln. ton (+0,4%), «Surqutneftqaz» - 61,405 mln. ton (+1%), «Qazprom neft» - 31,636 mln. ton (+4,4%), «Tatneft» - 26,306 mln. ton (+0,4%), «Slavneft» - 17,864 mln. ton (-1,2%), «Rusneft» - 13,872 mln. ton (+1,7%), «Başneft» isə 15,436 mln. ton (+2,2%) neft hasil edib.
Qeyd edək ki, 2011-ci ildə Rusiya neft hasilatını 2010-cu ilə nisbətən 1,23% artıraraq 511,432 mln. tona çatdırıb. Neftin ixracı isə 2% azalaraq 242,079 mln. ton təşkil edib.
Rusiyanın Energetika Nazirliyi 2020-ci ildə ölkədə illik neft hasilatının 505-510 mln. tona çatacağını gözləyir. Nazirliyini 2012-ci il üzrə proqnozu isə 514 mln. ton təşkil edib. Göründüyü kimi, Rusiyada neft hasilatı sözügedən proqnozdan 0,5% artıq olub.