Bank Of Baku

Rusiyanın neft satışından əldə etdiyi gəlir azalıb

Rusiyanın neft satışından əldə etdiyi gəlir azalıb
# 06 avqust 2013 13:02 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın Federal Gömrük Xidmətinin rəsmi açıqlamasında deyilir.

 

Gəlirlərin azalmasına səbəb dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə bərabər, ixracın fiziki həcminin azalmasıdır.

 

2013-cü ilin yanvar-iyun aylarında 115.75 mln ton neft göndərilib ki, 2012-ci ilin ilk yarım ilində bu rəqəm 118,69 mln. ton neft təşkil edib. Nəticədə Rusiya neftinin uzaq xarici ölkələrə ixracı 8,5% düşüb, gəlirlər isə 85,85 mlrd. dollardan 78,56 mlrd. dollaradək azalıb. MDB ölkələrinə isə neft ixracı 6,5%-ə düşərək, gəlirlər 5,8 mlrd. dollardan 5,42 mlrd. dollaradək azalıb.

 

Rusiya Federal Gömrük Xidmətinin məlumatına görə, 2012-ci ildə ölkənin neft ixracından əldə etdiyi gəlir 5,37% artaraq 180,916 mlrd. dollar olub. 2011-ci ildə isə bu rəqəm 171,696 mlrd. dollar təşkil edib. 2012-ci ildə Rusiyanın neft ixracı 9,5% artaraq, analoji dövrlə müqayisədə 219,096 mln. tondan 239,946 mln. tona çatdırılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR