Bank Of Baku

Salyanın 3 kəndinə təbii qaz verilib

Salyanın 3 kəndinə təbii qaz verilib
# 20 dekabr 2012 13:48 (UTC +04:00)

Salyan. Əlibәy Zeynallı - APA. Bu gün Salyanın 3 kəndinə təbii qaz verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Salyan rayon Qaz İstismar İdarəsinin müdiri Xəyyam Rzayevin dediyinə görə, xüsusi standartlara cavab verən qazlaşdırma rayonun Kərimbəyli, Qarabağlı və Qırxçıraq kəndlərində aparılıb.

 

Əhalisi 6 min olan 1600 abonentə sayğac quraşdırılıb. Qazlaşdırma ümumi uzunluğu 96 km uzunluqda müxtəlif diametrli borularla həyata keçirilib. Açılış mərasimində Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun ümumi məsələlər üzrə müavini Ziyad Cəlilov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, bir neçə gün əvvəl Salyan rayonunun 4 kəndində, ümumi əhalisi 3 min olan 600 abonent də yüksək təzyiqli qazla təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR