Bakı – APA. Yanvarın 23-də Davos (İsveçrə) şəhərində keçirilən ənənəvi “Dünya İqtisadi Forumu” çərçivəsində “SOCAR - Azərbaycanın Enerjisi” adlı ziyafət təşkil olunacaq.
Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) APA-ya verilən məlumata görə, tədbirdə SAM-ın enerji üzrə eksperti Gülmira Rzayeva da iştirak edəcək.
Ziyafətdə dünyanın bir necə ölkəsinin dövlət başçılarının, enerji nazirlərinin, tanınmış enerji şirkətlərinin prezidentlərinin və s. iştirakı gözlənilir.