Bakı – APA-Economics. Təmir işləri ilə əlaqədar olaraq, yanvarın 18-də saat 09:00-dan 17:00-dək Dilman-Şərədil xətti istisna olmaqla Şamaxı Avtomatik Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Şamaxı şəhəri də daxil olmaqla rayonun Meysəri, Xınıslı kəndləri və Şəhriyar qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.