Bank Of Baku

Smart-kart əməliyyatlarında yaranmış problemlər aradan qaldırılıb

Smart-kart əməliyyatlarında yaranmış problemlər aradan qaldırılıb
# 17 yanvar 2013 10:58 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycanda smart-kart tipli qaz sayğaclarının əhatə dairəsinin genişlənməsi və qış fəsli ilə əlaqədar olaraq smart-kartla aparılan əməliyyatlarını kəskin artması ilə əlaqədar yanvarın 15-də bir neçə saat ərzində ödənişlərdə bəzi texniki problemlər müşahidə olunub.

 

«APA-Economics»in ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinə istinadən məlumatına görə, bu istiqamətdə «Azəriqaz» və ödəniş xidmətlərini həyata keçirən «Komtec» şirkəti tərəfindən görülmüş birgə operativ tədbirlər nəticəsində gərginlik aradan qaldırılıb. «Eyni zamanda, kartların işini dəstəkləyən serverlərin gücünün artırılması və digər istiqamətlərdə həyata keçirilən əlavə tədbirlər qısa zaman ərzində bu problemlərin tam həllinə nail olmağa imkan verəcək», - deyə məlumatda bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR