Bank Of Baku

Sofiyada Qara dəniz Neft və Qaz Forumu keçiriləcək

Sofiyada Qara dəniz Neft və Qaz Forumu keçiriləcək
# 29 yanvar 2013 14:19 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA-Economics. Martın 6-7-də Bolqarıstanın paytaxtı Sofiyada Qara dəniz Neft və Qaz Forumu keçiriləcək.

 

APA-Economics”in Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbir Bolqarıstanın İqtisadiyyat və Enerji və Turizm nazirlikləri tərəfindən təşkil olunacaq.

 

Tədbirdə rəsmi şəxslər, milli və beynəlxalq neft şirkətlərinin nümayəndələri, mütəxəssislər iştirak edəcək. Forumda neft və qaz hasilatı, enerji təhlükəsizliyi, investisiya imkanları, Qara dəniz ölkələrinin və regiona təsir edə biləcək ölkələrin neft-qaz sahəsində inkişafı məsələləri müzakirə ediləcək. Panel iclaslarında BP-nin “Şahdəniz” üzrə vitse-prezidenti Al Kuk da məruzəçi qismində çıxış edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR