Bank Of Baku

TAP konsorsiumu 50%-lik iştirak payını ARDNŞ, BP və «Total» şirkətlərinə vəd edib

TAP konsorsiumu 50%-lik iştirak payını ARDNŞ, BP və «Total» şirkətlərinə vəd edib
# 23 yanvar 2013 06:55 (UTC +04:00)

 

Bakı. Vahab Rzayev – APA-Economics. Trans-Adriatik qaz boru kəməri (TAP) konsorsiumu və onun səhmdarları olan «Axpo», «Statoil» və «E.ON» şirkətləri «Şahdəniz» konsorsiumunun üç üzvü - Azərbaycan Dövlət Neft Şirkəti, BP və «Total» şirkətləri ilə səhmdarlıq sazişi bağlayıb.

 

TAP-dan «APA-Economics»ə verilən məlumata görə, sazişə əsasən, «Şahdəniz» qazının genişmiqyaslı ixracı üçün yekun nəql marşrutu kimi TAP seçilərsə, Azərbaycan Dövlət Neft Şirkəti, BP və «Total» şirkətləri bu boru kəməri layihəsində 50%-lik iştirak payına sahib olacaq.

 

Qeyd edək ki,  TAP layihəsi «Nabucco West»lə yanaşı Türkiyədən Avropaya iki əsas nəqletmə marşrutlarıdır ki, onların arasında son seçim «Şahdəniz» konsorsiumu tərəfindən aparılır və yekun qərarın bu ilin ortalarında verilməsi planlaşdırılır. Hər iki marşrut Türkiyə ərazisindən keçərək Trans-Anadolu qaz boru kəmərinin davamı olacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR