Bakı. Vahab Rzayev - APA-Economics. Rusiyanın ən iri neft şirkəti olan «LUKoil»un prezidenti və əsas təsisçilərindən biri olan Vahid Ələkbərov şirkətin daha 100,8 mln. rubl dəyərində səhmlərini alıb. «APA-Economics»in «İnterfaks»a istinadən xəbərinə görə, V.Ələkbərov şirkətlə əlaqəli olmayan kontragentlərdən 50 min səhm alıb. Hazırda V.Ələkbərov bir sıra şirkətlər vasitəsi ilə «LUKoil»un səhmlərinin 20,87%-nə nəzarət edir, birbaşa ona məxsus səhm zərfi isə 2,16% təşkil edir.
V.Ələkbərovdan başqa şirkətin digər iri benefisiarı şirkətin vitse-prezidenti Leonid Fedundur. O, şirkətin 9,5%-lik səhm zərfinə nəzarət edir, 1,4%-lik zərf isə ona birbaşa məxsusdur.
Qeyd edilir ki, «LUKoil» rəhbərliyi şirkətin səhmlərinin fəal alışına 2012-ci ildə başlayıb. V.Ələkbərov dekabr ayında 2,1 mln. səhm alıb və «LUKoil»a investisiyalarını ən yaxşı sərmayə kimi qiymətləndirir.
«LUKoil»un səhmləri 2012-ci il ərzində təxminən 10% bahalaşıb. Belə ki, 2012-ci ilin əvvəlində bir səhmin bazar qiyməti 1,8 min rubl təşkil edibsə, 2013-cü ilin yanvarında qiymət 2 min rubldan artıq olub.