Bank Of Baku

Xarici şirkətlər Sumqayıt Kimya Sənaye Parkında işləmək üçün müraciət etməyə başlayıb

Xarici şirkətlər Sumqayıt Kimya Sənaye Parkında işləmək üçün müraciət etməyə başlayıb
# 27 dekabr 2012 15:45 (UTC +04:00)

 

Bakı. Əli Əhmədov – APA-Economics. “Sumqayıt Kimya Sənaye Parkında  layihələndirmə işləri demək olar ki, başa çatıb. Parkda dövlət tərəfindən bütün zəruri infrastruktur təmin ediləcək və xarici və yerli investorların burada tam sərbəst, yüksək səviyyəli fəaliyyəti üçün bütün şərait yaradılacaq”. “APA-Economics”in məlumatına görə, bunu Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov deyib. O bildirib ki, parkda fəaliyyət göstərən şirkətlər üçün beynəlxalq təcrübəyə əsaslanan mükəmməl imtiyazlar paketi də artıq hazırdır: “Hazırda bu paketə Milli Məclis tərəfindən baxılır və çox güman ki, yaxın günlərdə bu da qəbul ediləcək və beləliklə, burada kimya, neft kimyası sahəsində xarici investisiyaların cəlb olunması üçün bütün şərait yaradılacaq”.

 

Z. Məmmədov onu da əlavə edib ki, artıq bəzi xarici şirkətlər (Almaniya, Kanada və Cənubi Koreya) müraciət edərək parkda fəaliyyət göstərmək üçün ilkin niyyətlərini açıqlayıb. SKSP nümayəndəsi qeyd edib ki, parkda fəaliyyət göstərən şirkətlər əsasən kimya və neft kimyası sahəsində çalışacaq, burada işləmək üçün əsas üstünlük polimer məhsulları istehsal edən şirkətlərə veriləcək: “Bildiyiniz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Ələtdə böyük neft-kimya kompleksi inşa edəcək. Bu kompleksdə polimer xammalı istehsal olunacaq və SKSP-da çalışan şirkətlər bu polimer xammalının alıcısı kimi çıxış edərək ondan müxtəlif məhsullar istehsal edəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR