Bakı – APA-Economics. Xəzər rayonunun Albalılıq qəsəbəsini təbii qazla təmin edən qaz kəmərinin dəyişdirilməsi ilə əlaqədar yanvarın 17-də saat 10:00-dan 17:00-dək «Albalılıq» Qazpaylayıcı Stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
«APA-Economics»in ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyinə istinadən məlumatına görə, təmir işləri müddətində Albalılıq qəsəbəsi və «Binə Atçılıq» adlanan yaşayış massivinə təbii qazın verilişində fasilələr yaranacaq.