Bank Of Baku

Yevlaxın daha bir kəndinə təbii qaz verilib

Yevlaxın daha bir kəndinə təbii qaz verilib
# 20 dekabr 2012 12:37 (UTC +04:00)

Yevlax. Elvin Yaqubov - APA. Yevlax rayonunun Bünyadabad kəndinə “mavi yanacaq” verilib.

 

APA-nın məlumatına görə, kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirdə məlumat verilib ki, rayon ərazisindəki Cırdaxan qaz paylayıcı stansiyasından  Bünyadabad kəndinə polietilen borularla 3510 poqonmetr  daşıyıcı, müxtəlif diametrli 6,6 km uzunluğunda isə paylayıcı qaz xətləri çəkilib.

 

Birpilləli sistem əsasında 103 evdə sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Bununla da rayonda qazlaşdırılan yaşayış məntəqələrinin sayı 22-yə çatıb. Gələn ilin martınadək daha beş kənd qazlaşdırılacaq. Yevlax şəhərinin 15 küçəsində köhnə polad borular  polietilen borularla əvəz edilib. Xaldan qəsəbəsindəki qazpaylayıcı stansiya əsaslı şəkildə təmir olunub. Bu isə gələn ilin mart ayına qədər İsmayılabad, Xanabad, Quşçu, Salamabad və Ərəş kəndlərinin qazlaşdırılmasına imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR