Bank Of Baku

Zərdab və Ucar rayonlarına təbii qazın verilişində fasilə yaranıb

Zərdab və Ucar rayonlarına təbii qazın verilişində fasilə yaranıb
# 10 yanvar 2013 10:23 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdab rayonuna və Ucar rayonunun Lək kəndinə təbii qazın verilişində fasilə yaranıb.

 

Abonentlərin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarından təbii qazın verilişi dayandırılıb. Bu isə havaların kəskin soyuması ilə əlaqədar olaraq əhalinin narazılığına səbəb olub.

 

Ağdaş magistral qaz kəmərləri idarəsinin baş mühəndisi Elşad Rəcəbovun APA-ya verdiyi məlumata görə, təbii qazın verilişində yaranmış fasilə Ucar-Zərdab əsas magistral qaz xəttinin 5-ci km-də, Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində yaranmış problemlə bağlıdır. Belə ki, bir neçə gün əvvəl qaz xətlərinin həmin ərazidən keçən hissəsində baş vermiş sızma yanğına səbəb olub. Hazırda həmin ərazidə təmir-bərpa işləri aparılır.

 

Baş mühəndis onu da qeyd edib ki, ərazidə güclü yağış yağmasına baxmayaraq, axşam saat 17-18 radələrində təmir işləri yekunlaşacaq və abonentlər təbii qazla təmin olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR