Laçın şəhərində “Can Laçın” adlı yarmarka açılıb - FOTO

Laçın şəhərində “Can Laçın” adlı yarmarka açılıb - FOTO
# 28 dekabr 2023 18:13 (UTC +04:00)

Laçın şəhərində “Can Laçın” adlı yarmarka təşkil olunub.

APA-nın Qarabağ bürosu xəbər verir ki, yarmarkada Laçında istehsal olunan kənd təsərrüfatı məhsulları, müxtəlif əl işləri və s. məhsullar nümayiş olunur. Yarmarkanın açılış mərasimində Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, "Bakı Abadlıq Xidməti" MMC-nin, "Laçın Abadlıq Xidməti" ASC-nin əməkdaşları və Laçın sakinləri iştirak edib. Açlış mərasimində çıxış edənlər bildirib ki, yarmarkanın adı təsadüfi deyil. Belə ki, Laçın torpağında bitən, cücərən hər bir məhsula "can dərmanı" deyilir. İndi həmin "can dərmanları" Laçın yarmarkasında olacaq. "Can Laçın" yarmarkası isə gələcəkdə Laçının brendinə çevriləcək. Yarmarka konsert proqramı ilə davam edir.

Sərgi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR