İranda ilaxır çərşənbədə 3 nəfər ölüb, 259 nəfər yaralanıb

İranda ilaxır çərşənbədə 3 nəfər ölüb, 259 nəfər yaralanıb
# 16 mart 2016 15:11 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. Ötən axşam İranın müxtəlif bölgələrində ilaxır çərşənbə münasibətilə keçirilən şənliklərdə partlayıcı və yandırıcı maddələrin partlaması nəticəsində 3 nəfər həyatını itirib.

APA-nın İran bürosunun məlumatına görə, hadisələr zamanı həmçinin 259 nəfər yaralanıb ki, onlardan bəzilərinin vəziyyəti ağırdır.

Yaralılardan 15-i bədən üzvlərini, 3 yaşlı uşaq isə oyuncaq partlayıcı maddənin partlaması nəticəsində barmaqlarını itirib.

Ötən gün İranda polis və yanğınsöndürənlər hazırlıq vəziyyətinə gətirilib.

Polis Novruz bayramı şənlikləri zamanı oyuncaq partlayıcılarla bağlı saxlanılanların ağır cəzalandırılacağı barədə xəbərdarlıq edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR