Bakıda avtobus piyadanı vuraraq öldürüb

Bakıda avtobus piyadanı vuraraq öldürüb
# 23 noyabr 2015 08:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan Bərdə sakini ölüb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, noyabrın 21-i saat 06:45 radələrində, Nərimanov rayonu Atatürk prospektində Salyan rayon sakini, 1947-ci il təvəllüdlü Nurəddin Süleymanov idarə etdiyi «Daewoo» markalı 211 saylı xətt avtobusu ilə Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Həmayil Nəbiyevanı vurub. Nəticədə, H.Nəbiyeva aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR