İranın Mahşər limanındakı neft-kimya zavodunda yenidən güclü yanğın başlayıb

İranın Mahşər limanındakı  neft-kimya zavodunda yenidən güclü yanğın başlayıb
# 07 iyul 2016 14:59 (UTC +04:00)

Tehran Süleyman Fərzəliyev - APA. Bu gün İranın Mahşər limanındakı "Bu Əli Sina" neft-kimya zavodunda yenidən güclü yanğın başlayıb.

APA-nın Tehran bürosunun məlumatına görə, zavodda dünən baş verən yanğın bu gün səhər saatlarında tam söndürülüb. Buna baxmayaraq, günorta saatlarında yenidən yanğın başlayıb.

İlkin ehtimala görə, ərazidə yanğının təkrar başlamasına səbəb 2001 saylı yanacaq saxlancından neft-kimya məhlulunun sızması və söndürülmüş bölgədə alovun yenidən közərməsi olub. Havanın isti və küləkli olması yanğını miqyasının qısa vaxtda böyüdüb. Alovun digər yanacaq çənlərinə keçməsi təhlükəsi var. Yanğını söndürmək üçün Tehrandan yanğınsöndürən təyyarə və vertolyotlar da cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR