Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib

Azərbaycan gömrükçüləri külli miqdarda siqaret müsadirə edib
# 17 mart 2016 12:24 (UTC +04:00)

Bakı - APA-Economics. Xaçmaz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, idarənin “Samur” gömrük postunda 3 fakt üzrə minik avtomobillərinin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilməklə gətirilən 27 400 ədəd “NZ Gold Compact”, 3 800 ədəd “Marlboro Touch” və 1000 ədəd “Marlboro Micro” markalı olmaqla cəmi 32 200 ədəd siqaret aşkar olunaraq götürülüb.

Faktlarla bağlı təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR