Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
# 18 sentyabr 2016 04:49 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında baş verib. Nəticədə avtomobil dayanacağında quraşdırılmış 15 ədəd elektrik sayğacı və 2 p.m kabel yanıb. Hadisə zamanı 15 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Avtomobil dayanacağı və mənzillər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR