Avropa İttifaqı: Krıma qarşı sanksiyaların müddəti uzadılacaq

Avropa İttifaqı: Krıma qarşı sanksiyaların müddəti uzadılacaq
# 21 may 2016 00:30 (UTC +04:00)

Bakı-APA. Avropa İttifaqı Rusiya tərəfindən ilhaq edilmiş Krıma qarşı sanksiyaların müddətini uzadacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqındakı yüksək rütbəli mənbə bildirib.

“Avropa İttifaqının mövqeyi aydındır. Ukraynanın ərazi bütövlüyü bərpa olunmayanadək sanksiyalar qüvvədə qalacaq. Krımda vəziyyət dəyişməyib, bu o deməkdir ki, sanksiyaların müddəti uzadılacaq. Krıma qarşı sanksiyaların qüvvədə qalma müddəti iyunun 23-ü, Rusiyaya qarşı iqtisadi sanksiyaların müddəti isə iyulun 31-də bitir. Məsələ ilə bağlı müvafiq qərar tezliklə qəbul olunacaq”, deyə mənbə bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR