Qaribaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib

Qaribaşvili Georgi Kvirikaşvilinin baş nazir vəzifəsinə namizədliyini dəstəkləyib
# 25 dekabr 2015 11:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Gürcüstan parlamentindəki sağçı koalisiya - “Gürcü arzusu” baş nazir postuna Georgi Kvirikaşvilinin namizədliyini irəli sürməklə çox layiqli seçim edib”.

APA-nın məlumatına görə, bu sözləri baş nazir vəzifəsindən istefa vermiş İrakli Qaribaşvili deyib. İ. Qaribaşvili G. Kvirikaşvilinin onun çox yaxın dostu olduğunu bildirib: “Mən ona uğurlar arzu etmək istəyirəm. Biz onunla siyasətə gəlməzdən çox əvvəl birlikdə işləmişik. Siyasətdə də 3 il birlikdə işlədik və düşünürəm ki, bu əməkdaşlıq çox məhsuldar olub”.

Qeyd edək ki, parlament çoxluğunun baş nazirliyə namizədlə bağlı təklifi prezidentə göndərilib və dövlət başçısı öz növbəsində namizədliyi təsdiqləməlidir. Bundan sonra baş nazirliyə namizəd parlamentə Nazirlər Kabinetinin yeni tərkibini və öz proqramını təqdim edəcək. Sonda qanunverici orqan səs çoxluğu ilə yeni hökumətə etimadını ifadə etməlidir.

Xatırladaq ki, dekabrın 23-də İrakli Qaribaşvili baş nazir postundan istefa verdiyini bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR