Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində avtomobillərdən birinin sürücüsü 1985-ci il təvəllüdü Cəfərov Eldəniz Aydın oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.