Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - YENİLƏNİB

Quba-Xınalıq yolunda hərəkət bərpa olunub - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2016 12:07 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Qaya parçasının düşməsi səbəbindən bağlanan Quba-Xınalıq yolunda hərəkət bərpa olunub. APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Azəravtoyol" ASC-nin 6 saylı idarəsinin əməkdaşları yolda hərəkəti bərpa ediblər.

Texnikanın köməkliyi ilə qaya parçası yoldan götürülüb.

12:17

***

Quba. Vəli Turan - APA. Quba-Xınalıq yoluna qaya parçası düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə yolun 23-cü kilometrliyində qeydə alınıb.

Yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Hazırda qaya parçasının götürülməsi üçün əraziyə “Azəravtoyol” ASC-nin 6 saylı İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yolda avtomobillərin hərəkətinin təmin olunması üçün işlər aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR