Ağ Ev Tramp və Putin arasında görüşün keçiriləcəyini təsdiqləməyib

Ağ Ev Tramp və Putin arasında görüşün keçiriləcəyini təsdiqləməyib
# 22 iyun 2017 02:01 (UTC +04:00)

Ağ Ev Almaniyada, G-20 sammiti çərçivəsində Tramp və Putin arasında görüşün keçiriləcəyini təsdiqləməyib.

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti xəbər verib.

“Hazırda bu barədə bir söz deyə bilmərəm”, Ağ Evin nümayəndəsi Lindsi Uolters bildirib.

Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov belə görüşün planlaşdırılmadığını açıqlayıb.

Qeyd edək ki, “Böyük İyirmilik” (G 20) ölkələri liderlərinin sammiti iyulun 7-8-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR