Saray qəsəbəsində avtomobil su kanalına düşüb, 1 nəfər batıb - YENİLƏNİB

Saray qəsəbəsində avtomobil su kanalına düşüb, 1 nəfər batıb  - <span style="color: red;">YENİLƏNİB
# 02 avqust 2017 05:26 (UTC +04:00)

Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, əməliyyat saat 05:02-də başa çatıb.

*** 06.16

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində 1 nəfərin suda batması barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR