Hacıqabulda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb

Hacıqabulda avtomobil piyadanı vuraraq hadisə yerindən qaçıb
# 10 oktyabr 2016 18:50 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, hadisə axşam saatlarında Padar kəndində baş verib.

Kənd sakini, 1966-ci il təvəllüdlü İbrahimov Mikayıl İsmayıl oğlu naməlum avtomobil tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan M.İbrahimov Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR