Novruz çərşənbələrində 15 nəfər tonqalda yanaraq xəsarət alıb

Novruz çərşənbələrində 15 nəfər tonqalda yanaraq xəsarət alıb
# 15 mart 2017 13:56 (UTC +04:00)

Bu il qeyd olunan Novruz çərşənbələrində tonqalda yanaraq xəsarət alanların sayı açıqlanıb.

Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov APA-ya açıqlamasında bildirib ki, fevralın 22-də qeydə alınan ilk “Su çərşənbəsi”ndə xəsarət alan olmayıb. Onun sözlərinə görə, fevralın 28-də keçirilən “Od çərşənbəsi”ndə 5 nəfər, martın 7-də “Yel çərşənbəsi”ndə 2 nəfər, martın 14-də “Torpaq çərşənbəsi”ndə isə 8 nəfər tonqalda yanaraq xəsarət alıb: “Onların hamısında məhdud sahəli, sifətin və əlllərin II və III dərəcəli yanıqları olub, onlara hamısına ambulatory yardım edilib, stasionar və ya əməliyyat ehtiyac olmayıb. Xəsarət alanlar arasında 3-10 yaşlı uşaqlar üstünlük təşkil edib. Yalnz ötən gün xəsarət alanlar arasında 14 yaşlı və 28 yaşlı qadın da olub. Müraciətlər arasında Bakının Səbail, Yasamal, Xətai, Nəsimi rayonundan olanlar üstünlük təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR