Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq - VİDEO

Bakının və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq - <span style="color: red;">VİDEO
# 21 avqust 2015 09:59 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. Avqustun 22-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər və gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda gecə 20-23, gündüz 24-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Hərarətin gecə 20-25, gündüz 27-32, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR