Ötən ay “Elektron hökumət” portalında mobil cihazların qeydiyyatına dair 42 314 müraciət qeydə alınıb

 Ötən ay “Elektron hökumət” portalında mobil cihazların qeydiyyatına dair 42 314 müraciət qeydə alınıb
# 11 aprel 2015 09:40 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mart ayında “Elektron hökumət” portalına edilən müraciətlərin 42 314-ü mobil cihazları qeydiyyatdan keçirməklə bağlı olub.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu, “Elektron hökumət” bülleteninin aprel buraxılışında əksini tapıb.

Qeyd edək ki, “Mobil cihazların qeydiyyatdan keçirilməsi” elektron xidmətinin təchizatçısı qismində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi çıxış edir.

Sözügedən xidmət vasitəsilə mobil cihazların qeydiyyatdan keçirilməsi və rüsumun onlayn ödənilməsi mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR