Bakıda 6 ayda 634 yol qəzası olub

Bakıda 6 ayda 634 yol qəzası olub
# 14 iyul 2008 13:18 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu ilin altı ayı ərzində Bakı şəhəri ərazisində 634 yol nəqliyyat hadisəsi baş verib. Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Vaqif Əsədov bildirib.

Hadisələr nəticəsində 133 nəfər ölüb, 708 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 5,2 faiz, ölənlərin sayı 23 faiz, xəsarət alnaların sayı isə 5,4 faiz azalıb.

V. Əsədov deyib ki, altı aylıq hesabata görə, paytaxtda baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyəti Bakının Heydər Əliyev, Ziya Bünyadov, Babək, Qara Qarayev, Nobel prospektlərində, Areport, Bakı-Astara, Bakı-Şamaxı şoselərində baş verib.

Şöbə rəisinin sözlərinə görə, əksər hallarda yol-nəqliyyat hadisəsi sürücülərin avtomobili sürətlə idarə etməsi nəticəsində baş verir. Bu cür hadisələr yol nəqliyyat hadisələrinin 47 faizini təşkil edib. Hesabat dövründə baş verən 634 yol qəzası zamanı 67 sürücü hadisə yerini tərk edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR