Azərbaycanda dəhşətli yol qəzasında 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb - VİDEO

Azərbaycanda dəhşətli yol qəzasında 5 nəfər ölüb, 6 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 17 sentyabr 2013 08:16 (UTC +04:00)

Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sumqayıt şəhəri ərazisində qeydə alınıb. Sumqayıt şəhər sakini, 22 yaşlı Anar Məmmədovun idarə etdiyi “Volkswagen Passat” markalı, 25 yaşlı Babək Bağırovun idarə etdiyi “Hyundai” markalı və Yusif Məmmədovun idarə etdiyi “Azsamand” markalı maşınlar toqquşub. Nəticədə avtomobillərdə olan sərnişinlərdən Qismət Kərimov, Rəşad Cəlilov və şəxsiyyəti hələ müəyyənləşməmiş 3 nəfər aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Avtomobillərin sürücüləri və maşınlarda olan sərnişinlərdən Ramin Məmmədov, Ceyhun Əzizov və İllarian Katliarov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR