Kazan şəhərində baş verən təyyarə qəzasında ölənlərin siyahısı bəlli olub - YENİLƏNİB

Kazan şəhərində baş verən təyyarə qəzasında ölənlərin siyahısı bəlli olub - <span style="color: red;">YENİLƏNİB
# 17 noyabr 2013 19:20 (UTC +04:00)

Siyahıya nəzər yetirdikdə, təyyarə qəzasında həlak olanlar arasında azərbaycanlıların olmadığı məlum olur.

Qeyd edək ki, bu gün Moskva vaxtı 19:25-də Kazan şəhərində “Boinq-737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb. Domodedovo aerportundan qalxan Moskva-Kazan aviareysi ilə hərəkət edən “Boinq-737” sərnişin təyyarəsi Kazan beynəlxalq hava limanıne enərkən eniş zolağında qəzaya uğrayıb. Qəza nəticəsində 6-sı ekipaj üzvü olmaqla 50 nəfər həlak olub.

Rusiya Fövqəladə Hallar Nazirliyi qəza zamanı təyyarədə olanların hamısının həlak olduğunu bildirib.

Qəzaya ilkin səbəb kimi ekipajın səhvinin olduğu göstərilir.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

*** 21:06

Moskva. Fərid Əkbərov – APA. Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində sərnişin təyyarəsi qəzaya uğrayıb. APA-nın Rusiya bürosunun məlumatına görə, qəza Kazan beynəlxalq hava limanında baş verib.

Domodedovo aeroportundan qalxan Moskva-Kazan aviaresyi ilə hərəkət edən “Boinq -737” sərnişin təyyarəsi eniş edərkən qəzaya uğrayıb. Qəza nəticəsində güclü yanğın olub.

Nəticədə 6 ekipaj üzvü də daxil olmaqla 50 nəfərin öldüyü bildirilib.

Faktla bağlı cinayətt işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR