Azərbaycan və Yeni Zellandiya arasında parlamentlərarası dostluq qrupları yaradılacaq

Azərbaycan və Yeni Zellandiya arasında parlamentlərarası dostluq qrupları yaradılacaq
# 07 dekabr 2013 07:27 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Yeni Zellandiyanın baş nazirinin Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Cim Bolgeri ilə görüşüb. Parlamentdən APA-ya verilən məlumata görə, bildirib ki, Azərbaycan dünya dövlətləri, o cümlədən Yeni Zellandiya ilə əməkdaşlığın inkişafını önəmli hesab edir.

Spiker deyib ki, gələcəkdə münasibətlərin hüquqi bazasını yaratmaq üçün dövlətlərarası sənədlər imzalanacaq: “Biz Yeni Zellandiya ilə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq edə bilərik”.

Spiker, dövlətlərarası münasibətlər sistemində parlamentlərin rolunu xüsusi vurğulayaraq, Milli Məclisdə fəaliyyət göstərən dostluq qruplarından söz açdı. O bildirib ki, hər iki ölkə parlamentində belə qrupların yaradılması təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətli olardı. Görüşdə Cim Bolger bildirib ki, ölkəsi Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük maraq göstərir. Onun sözlərinə görə, münasibətlərin dərinləşməsinə hər iki ölkənin qanunvericilik orqanları öz layiqli töhfəsini verə bilər. Görüşdə parlamentlərarası əlaqələrin, həyatın müxtəlif sahələrində münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR