“Meqa Sığorta” nizamnamə kapitalını 14% artırmağı planlaşdırır

“Meqa Sığorta” nizamnamə kapitalını 14% artırmağı planlaşdırır
# 08 aprel 2014 07:50 (UTC +04:00)

Bakı. İlkin Əhmədov - APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən «Meqa Sığorta» ASC-nin səhmlərinin əlavə emissiya prospekti qeydə alınıb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bakı Fond Birjasının məlumatında deyilir.

Məlumata əsasən, emissiyanın həcmi 1,5 mln. manat, bir səhmin nominal dəyəri 5 000 manat təşkil edir. Yerləşdirmədə anderrayter qismində "Chelsea Capital" MMC çıxış edəcək.

Yerləşdirmə nəticəsində şirkətin nizamnamə kapitalı 14,3% artaraq 12 mln. manata çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR