Bakıda “III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu” başlayıb

Bakıda “III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu” başlayıb
# 31 may 2014 08:44 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Bu gün Azərbaycan Tibb Universitetində “III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu” başlayıb.

APA-nın məlumatına görə, tədbirdə Azərbaycan, Türkiyə, İran, Rusiya, Fransa və digər ölkələrdən tanınmış plastik cərrahlar iştirak edir.

Konfranda çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov bildirib ki, ölkəmizdə tibbin bütün sahələri olduğu kimi, plastik və rekonstruktiv cərrahiyyə də sürətlə inkişaf edir: "İnanıram ki, “III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu” plastik və rekonstruktiv cərrahiyyənin inkişafında xüsusi rol oynayacaq. Bakıda keçirilən bu tipli konfranslara beynəlxalq aləmin diqqətinin artması isə bizim doğru yolda olduğumuzun göstəricisidir".

Ə. Əmiraslanov onu da əlavə edib ki, konfransın proqramı hazırlanarkən plastik və rekonstruktiv cərrahiyyə sahəsində ən mübahisəli problemlərə toxunulması və konfransın elmi-praktik səviyyəsinin yüksək olmasına çalışılıb.

Sonra konfransın sessiyaları keçirilib. Sessiyalarda iştirakçılar üzün cavanlaşma, burun plastikası, dərinin müəyyən hissələrində liftinq, üz dərisinin təbii yolla cavanlaşdırılması, sinənin böyüdülməsi, kiçildilməsi, plastik cərrahiyyədə son elmi nailiyyətlər və problemlərlə bağlı müzakirələr aparıblar.

Qeyd edək ki, “III Azərbaycan Plastik Cərrahiyyə Günləri və İSAPS kursu” iyunun 1-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR