Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusuna baş çəkib - FOTO

Prezident İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının yeni korpusuna baş çəkib - <span style="color: red;">FOTO
# 07 mart 2013 16:52 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının istifadəyə verilmiş yeni korpusunda yaradılan şəraitlə tanış olub.

APA-nın xəbərinə görə, akademiyanın rektoru Ömər Eldarov prezidentə məlumat verərək bildirib ki, üçmərtəbəli yeni korpusun ümumi sahəsi 6500 kv. metrdir. Yeni korpus yüksək standartlara uyğun olaraq müasir memarlıq üslubunda inşa edilib. Binanın daxili tərtibatı da xüsusi zövqlə işlənilib. Yeni korpusda 128 sinif otağı, müxtəlif fənn kabinetləri, laboratoriya və emalatxanalar yaradılıbr. Sinif otaqları, kabinetlər və təcrübə laboratoriyaları ən müasir avadanlıq və ləvazimatla təchiz olunub.

Dövlət başçısı yeni binanın ayrı-ayrı otaqlarını və təcrübə emalatxanalarını gəzib, yaradılan şəraitlə yaxından tanış olub. Daha sonra o, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının pedaqoji kollektivi ilə görüşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR