Azərbaycanda qeyri-həyat sığortası bazarı 3,4% azalıb

Azərbaycanda qeyri-həyat sığortası bazarı 3,4% azalıb
# 16 iyul 2014 12:10 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta haqlarının 156 mln. manatı və ya 73,6%-i qeyri-həyat sığortasının payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-həyat sığorta bazarı 5,5 mln. manat və ya təxminən 3,4% azalıb.

Qeyri-həyat sığortası üzrə yığımların 27,3%-i və yaxud 42,6 mln. manatı tibbi sığortanın, 19,3%-i və ya 30,1 mln. manatı avtomobillərin icbari sığortasının, 11,1%-i və ya 17,3 mln. manatı kasko sığortanın, 10,8%-i və ya 16,9 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 5,4%-i və ya 8,5 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

2014-cü ilin ilk 6 ayında sığorta bazarındakı ödənişlərin 94,7%-i və ya 61,9 mln. manatı qeyri-həyat sığortasının payına düşüb. Bu, 2013-cü ilin eyni dövrünə nisbətən 5,8 mln. manat və ya təxminən 10,3% çoxdur.

Qeyri-həyat sığortası üzrə ödənişlərin 37,2%-i və ya 23 mln. manatı tibbi sığortanın, 21,4%-i və ya 13,2 mln. manatı kasko sığortanın, eyni nisbətdə, yəni 21,4%-i və ya 13,2 mln. manatı avtomobillərin icbari sığortasının, 9,4%-i və yaxud 5,8 mln. manatı əmlakın yanğından və digər risklərdən sığortasının, 1,6%-i və ya 1 mln. manatı daşınmaz əmlakın icbari sığortasının, qalanı isə digər qeyri-həyatı sığortası növlərinin payına düşüb.

Hesabat dövründə qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 39,7 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyun aylarında 34,8 manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR