Azərbaycanda hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədi ilə yazılı imtahanları keçirilir - FOTO

Azərbaycanda hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədi ilə yazılı imtahanları keçirilir - <span style="color: red;">FOTO
# 03 may 2013 09:40 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda hakimliyə namizədlərin peşə hazırlığının yoxlanılması məqsədi ilə yazılı imtahanları keçirilir.

APA-nın məlumatına görə, Texniki Universitetin idman zalında saat 10.00-da başlanan

imtahanı beynəlxalq təşkilatlar, yerli QHT və hüquq – müdafiə təşkilatlarından olan 30-dək müşahidəçi və mətbuat nümayəndələri izləyirlər. İmtahan başlamazdan əvvəl Hakimlərin Seçki Komitəsinin qapalı iclasında kazus xarakterli 8 sual hazırlanıb. Həmin suallar sırasından namizədlərin cinayət və mülki sahəyə dair təsadüfi yolla seçdiyi iki sual dərhal çoxaldılaraq cavablandırılması üçün onlara paylanıb. 4 saat davam edəcək imtahanda namizədlər verilmiş hüquqi kazusları həll etməklə, müvafiq məhkəmə qərarlarını tərtib etmək bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, 400-dən çox hakimliyə namizəddən 76 nəfəri test üsulu ilə, habelə yazılı və şifahi imtahanlardan keçib, hakim vəzifəsinə hazırlanmaları üçün bir il müddətində davam edən tədris kursunu , o cümlədən məhkəmələrdə yarım illik staj keçməni başa vurublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR