Xaçmazda avtomobil mikroavtobusla toqquşub, xəsarət alanlar var

Xaçmazda avtomobil mikroavtobusla toqquşub, xəsarət alanlar var
# 15 avqust 2015 13:57 (UTC +04:00)

APA-nn şimal bürosu xəbər verir ki, hadisə bu gün saat 13:30 radələrində Gəndab-Yalama yolunun 16-cı kilometrliyində, Xaçmaz rayonunun Çarxı kəndi ərazisində qeydə alınıb. Xaçmaz rayonunun Çarxı kənd sakini, 1966-cı il təvəllüdlü Yarışov Mirzə Rza oğlu idarə etdiyi “VAZ 21 723” markalı 27 BK 263 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan Şabran rayonunun Mollakamallı kənd sakini, 1960-cı il təvəllüdlü Həmidov Mehman Məcdun oğlunun idarə etdiyi “Ford Deal” markalı, 85 CB 041 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub. Hadisə nəticəsində “VAZ 21 723” markalı avtomaşında olan sərnişinlər, 1993-cü il təvəllüdlü Xaçmaz rayonu Çarxı kənd sakini Məmmədov Nurlan Fuad oğlu və Xaçmaz rayonu Çarxı kənd sakini, 1995-ci il təvəllüdlü Yarışov Qəribşah Mirzə oğlu xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR