Azərbaycan paytaxtında 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb

Azərbaycan paytaxtında 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb
# 14 iyul 2010 10:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin rəisi, polis mayoru İlqar Quliyev deyib. O, bu xidmətin daxili işlər orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilən ən effektli layihələrdən biri olduğunu qeyd edib. Bu sistemin ötən ilin yanvarında fəaliyyətə başladığını bildirən İ. Quliyev əsas məqsədin təhlükəsizlik kameraları vasitəsi ilə əhalinin kütləvi toplaşdığı yerlərdə, küçə və meydanlarda, təhsil, mədəniyyət və səhiyyə müəssisələrinin, dövlət əhəmiyyətli obyektlərin ərazilərində hüquq qaydasına riayət olunub olunmamasının fasiləsiz izləməkdən ibarət olduğunu deyib: “Hazırda Bakının bütün rayonları üzrə 375 ünvanda 1078 təhlükəsizlik kamerası quraşdırılıb və proses davam etdirilir. Daxili İşlər Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə bu iş sürətləndirilir və bunun sayəsində indi biz yerlərdə daha müasir kameraların quraşdırılmasını həyata keçiririk”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR