Şabranda həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-seminar keçirilib

Şabranda həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-seminar keçirilib
# 14 iyul 2010 15:51 (UTC +04:00)
Şabran. Könül Abdullayeva-APA. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə bu gün Şabran şəhərində həvəskar rəssamların və xalq tətbiqi sənəti ustalarının əsərlərindən ibarət sərgi-seminar keçirilib. APA-nın Şimal bürosunun məlumatına görə, sərgidə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Quba və Qusar rayonlarından olan rəssam və tətbiqi sənət ustalarının 300-dən çox əl işi nümayiş olunub. Əsas məqsədin xalq yaradıcılığının inkişaf etdirilməsi olduğu bildirilən sərgidə qaliblər Mədəniyyət və Turizm Nazirliynin fəxri fərmanları ilə təltif olunub. Zona sərgisinin qalibləri 2010-cu ilin sonlarında Bakı şəhərində keçiriləcək respublika baxış sərgisində iştirak edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR