Goranboyda ödəmə terminalı oğurlayan şəxslər tutulub

Goranboyda ödəmə terminalı oğurlayan şəxslər  tutulub
# 26 oktyabr 2015 10:07 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Goranboyda ödəmə terminalı oğurlayan şəxslər tutulub.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də İftixar Yusifova məxsus mağazadan içərisində 3036 manat olan “Milli Ön” ödəmə terminalını oğurlamış rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Elşən Qurbanov, Vaqif Hüseynov və İlkin Şıxıyev saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR